Almaniyanın ən böyük aviaşirkəti “Lufthansa” koronavirusun “omikron” ştamının sürətlə yayılması səbəbindən qışdakı uçuşların təxminən 10%-ni ləğv edəcək.
TASS xəbər verir ki, bu barədə aviadaşıyıcının baş direktoru Karsten Spur bildirib.
“Biz yanvarın ortalarından fevrala qədər olan dövrdə rezervasiyaların sayında kəskin azalma müşahidə edirik. Buna görə də qış uçuş cədvəlində 33 min reysi ləğv etməliyik”, – Spur qeyd edib.
Baş direktor vurğulayıb ki, “Lufthansa” konserninin daxili bazarlarında, yəni hazırda pandemiyadan xüsusilə ağır zərbə alan Almaniya, İsveçrə, Avstriya və Belçikada da aşağı sərnişin axını müşahidə olunur.