İlon Mask “Tesla”nın daha 1.02 milyard dollarlıq səhmini satıb, bu barədə şirkətin maliyyə hesabatlarına deyilir.
Banker.az xəbər verir ki, beləliklə, iş adamı “Tesla”nın biri 6.24 dollar olan 22.8 milyon səhm paketinin satışı tamamlamış olub.
Ümumilikdə, noyabrın əvvəlindən o, 16,4 milyard dollara demək olar ki, 15,7 milyon səhm satıb.
Noyabrın 6-da Mask vergi ödəmək üçün “Tesla” səhmlərinin 10%-ni satıb-satmayacağını müəyyən etmək üçün “Twitter”də sorğu aparıb. Milyarderi izləyən insanların 58%-i lehinə səsə verib.
Dekabrın 20-də Mask 2021-ci ildə 11 milyard dollardan çox vergi ödəyəcəyini yazıb.