15 C
Baku
Sunday, November 24, 2024

“Tesla” 475 min elektromobili geri çağırıb

ABŞ-ın “Tesla” şirkəti qəza ehtimalını artıran texniki qüsurları aradan qaldırmaq üçün təxminən 475 min elektrik avtomobilini geri çağırır.

Qərar 2017-2020-ci illərdə istehsal edilmiş 356 309 ədəd Model 3 avtomobilinin hamısına şamil edilib. Müəyyən olunub ki, bu modellərdə baqajı açıb bağlayarkən onun mexanizmləri arxa görüntü kamerasının naqillərinə zərər verə bilər.

Bundan əlavə, “Tesla” 2014-cü ildən istehsal edilən 119 009 ədəd Model S avtomobilini kapotun qapağındakı dizayn qüsuru səbəbindən geri çağırır.

Şirkət bütün problemləri pulsuz həll edəcəyini vəd edir.

 

 

Son xəbərlər
Digər xəbərlər