SOCAR və tabeli qurumlarda çalışan əməkdaşların əmək haqları artırılır.
Bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövnəq Abdullayev əmr imzalayıb.
Əmrə əsasən, SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidentinin 28 dekabr 2021-ci il tarixli xidməti yazısı nəzərə alınaraq, SOCAR-da çalışan işçilərin rifah halının yaxşılaşdırılması məqsədilə Dövlət Neft Şirkəti və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar verib.
Beləliklə, 1 yanvar 2022-ci ildən “Dövlət Neft Şirkətində işçilərin vəzifə əməyinin ödənilməsi haqqında Əsasnamə”yə Əlavələrdə nəzərdə tutulan tarif (vəzifə) maaşları 20 faiz artırılır.