Gürcüstan 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana ixracını ötən ilin eyni dövrü ilə müqayisədə (399,6 milyon dollar) 21,6 faiz artıraraq 488,3 milyon dollara çatdırıb.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinə istinadən məlumat verilir.
Göstərilən dövrdə dəyərinə görə beş ən yaxşı ixrac məhsulları aşağıdakilər daxildir:
– nəqliyyat avadanlığı – 248,3 milyon dollar;
– sənaye avadanlıqları – 85,4 milyon dollar;
– qida məhsulları və içki – 59,6 milyon dollar;
– istehlak malları – 57,5 milyon dollar;
– sənaye məhsulları – 31 milyon dollar.
Azərbaycan 2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan idxal edən ölkələr arasında üçüncü yeri tutub. Eyni zamanda, Gürcüstanın ixracında Azərbaycanın payı 12,8 faiz təşkil edib
Göstərilən dövrdə Gürcüstanın ixracı 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə (3,01 milyard dollar) 26,7 faiz artaraq 3,8 milyard dollara çatıb.