Türkiyədə inflyasiya son 19 ilin ən yüksək səviyyəsinə çatdı

Türkiyədə dekabrda illik inflyasiya 36.08 faiz təşkil edib. Bu, 2002-ci ildən bəri müşahidə olunan ən yüksək inflyasiyadır.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  aylıq inflyasiya 13.58 faiz təşkil edib.

İstehlak qiymətləri indeksinə daxil olan 415 məhsuldan 364-də qiymət artımı olub.

İstehsalçı qiymətləri indeksi dekabrda illik 79.89 faiz artarkən, aylıq müqayisədə 19.08 faiz artıb.

İllik baza inflyasiyası isə 31.88 faiz olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər