8 C
Baku
Monday, November 18, 2024

Tacikistan və Qırğızıstan parlamentləri Qazaxıstana sülhməramlı göndərilməsinə razılıq verib

Tacikistan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibində Qazaxıstana sülhməramlı taborun göndərilməsi haqqında qərar qəbul edib.

Bu barədə TASS məlumat yayıb.

Bir müddət əvvəl Tacikistanın Müdafiə Nazirliyi Qazaxıstana 200 nəfərdən ibarət sülhməramlı göndərməyə hazır olduğunu açıqlamışdı.

Qırğız Respublikasının parlamenti də Qazaxıstana sülhməramlı kontingent göndərilməsinə dair qərar qəbul edib. Bu məqsədlə qonşu dövlətə 150 hərbçi göndəriləcək.

Qeyd edək ki, KTMT Qazaxıstana 2 500 sülhməramlı göndərəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər