Rusiya Federasiyasının Prezidenti Vladimir Putin KTMT-nin sülhməramlı qüvvələrinin Qazaxıstan ərazisində nə qədər müddət qalacağı məsələsinə aydınlıq gətirib.
Banker.az xəbər verir ki, “KTMT qüvvələri Qazaxıstanda nə qədər lazımdırsa, o qədər qalacaq”, – deyə Rusiya lideri söyləyib. Bundan əlavə, Vladimir Putin əlavə edib ki, bu müddət başa çatandan sonra sülhməramlı kontingent Qazaxıstandan ərazisindən çıxarılacaq.
“Biz göstərdik ki, öz evimizdə rəngli inqilablar ssenarilərini həyata keçirməyə imkan verməyəcəyik”, – deyə Putin əlavə edib.