“2005-ci ildə Bakıda – Gülüstan Sarayında tədbir keçirilirdi. Tədbirin sonunda cənab Prezident Azərbaycan hökuməti qarşısında iki əsas tələb qoydu: Ərzaq təhlükəsizliyi və qeyri-neft sektorunun inkişafı”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
“Azərbaycan hələ də ərzaq təhlükəsizliyini təmin edə bilməyib. Mən həmişə demişəm ki, ölkə özünün ərzaq təhlükəsizliyini təmin etmək üçün tələbatın 80%-ni daxili istehsal hesabına ödəməlidir. Son 1 ildə dünya bazarında buğdanın qiyməti bir neçə dəfə artaraq hazırda hər tonu təxminən 300 ABŞ dollarına çatıb. Əgər bizim 6 aylıq, 1 illik ehtiyatımız olsaydı bizdə qiymət artımı olmazdı. Mənə maraqlıdır ki, buğda alışı ilə bağlı müqavilə ancaq Rusiya ilə bağlanılır. Deyirlər ki, strateji tərəfdaşdır, ona görə. Axı Qazaxıstan, Özbəkistan kimi dost dövlətlər də var ki, onlarda da buğda istehsal edilir. Bu gün Çin dünyanın buğda və düyü ehtiyatının 60%-nə, qarğıdalı ehtiyatının 55%-nə sahibdir”, – deyə o qeyd edib.