11 C
Baku
Tuesday, November 26, 2024

ETSN havanın çirkli olduğu şəhərləri açıqlayıb

Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən yanvar ayı ərzində Xətai, Nizami, Nərimanov rayonları ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olub. Banker.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova məlumat verib.

“Lakin yanvar ayının bəzi günlərində Səbail rayonunda havada PM dispers toz hissəcikləri, Gəncə və Sumqayıt şəhərlərində isə azot-4 oksid normadan bir qədər yüksək qeydə alınıb”.

Xidmət rəsmisinin sözlərinə görə, yanvar ayı ərzində əsasən yağıntılı günlərin üstünlük təşkil etməsi atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının azalmasına və hava keyfiyyətinin yüksəlməsinə səbəb olub. Belə ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayı ərzində atmosfer havasının çirklənmə səviyyəsi daha aşağı qeydə alınıb.

“Yaxın günlərdə yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, yanvar ayının sonunadək havanın keyfiyyətinin yaxşı olacağı gözlənilir”.
Son xəbərlər
Digər xəbərlər