Qarabağın dirçəldilməsinə xidmət edəcək Ağdam Sənaye Parkında tikinti-quraşdırma işləri mərhələli şəkildə davam etdirilir.
Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Ağdam Sənaye Parkının 74.13 hektar ərazisində topoqrafik planlama işləri artıq yekunlaşdırılıb. Parkın ərazisində dağılmış tikililərin geometrik ölçüləri müəyyən edilib və ərazidən daşınması nəzərdə tutulan tullantıların həcmi dəqiqləşdirilib.
Bundan başqa, yanvar ayının 26-dan etibarən Sənaye Parkında mühəndis-geoloji tədqiqat işlərinə də başlanılıb. Geoloji-tədqiqat zamanı Parkın ərazisində suxurların tərkibi və litoloji təsviri, qruntun fiziki və mexaniki xüsusiyyətləri müəyyən ediləcək.