13 C
Baku
Saturday, November 23, 2024

İlon Maskın sərvəti bir gündə $24 mlrd. azalıb

“Tesla”nın səhmləri potensial təchizat problemləri və 2022-ci ildə yeni avtomobil modellərini buraxmayacağı barədə etdiyi xəbərdarlıq fonunda 11%-dən çox ucuzlaşıb. Ümumilikdə, şirkətin qurucusu və baş direktoru İlon Mask bir güdə 24 milyard dollar itirib.

Yanvarın 27-sində ticarət sessiyasının sonunda “Tesla” səhmləri 11.55% ucuzlaşaraq 829.1 dollara düşüb. “Forbes-Real-Time”ın məlumatına əsasən, cənab Maskın sərvəti bir gündə 10.07% və ya 24.5 milyard dollar azalaraq 222.1 milyard dollara enib. Buna baxmayaraq, iş adamı hələ də dünyanın ən varlı adamı olaraq qalır.

Xatırladaq ki, bir gün əvvəl “Tesla” 2021-ci ilin dördüncü rübünün maliyyə hesabatını dərc etmişdi. Şirkətin gəliri 71% artaraq 53.8 milyard dollar, xalis mənfəəti isə 7.6 dəfə artaraq 5.5 milyard dollar olub. Bununla belə, şirkət 2022-ci ildə nəticələrə təchizat ilə bağlı problemlərin təsir göstərə biləcəyini açıqladıqdan sonra kotirovkalar düşməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər