17 C
Baku
Friday, October 18, 2024

“McKinsey” ilə fevralda yeni layihəyəyə başlanılacaq – AMB

Biz “McKinsey” beynəlxalq konsaltinq şirkəti, İqtisadiyyat Nazirliyi və Banklar Assosiasiyası ilə birgə maliyyə sektorunun yeni sosial iqtisadi inkişaf strategiyasının çərçivəsində iqtisadi inkişafda və onun maliyyələşməsində oynacayağı rolu üzrə layihəsi üzərində işləyirik.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, layihəyəyə növbəti ayda start veriləcəyi gözlənilir.

E. Rüstəmov qeyd edib ki, diqqətin bank sektorunun tənziməməsinə və bütüv ekosistemin diaqnostikasına yönələcək. Bundan əlavə, yeni islahat gündəliyininin və inkişaf straetgiyasının maliyyə sektorunun yeni iqtisadi modeldə oynacağı rolu dəqiqləşdirmək üçün geniş miqyaslı layihə üzərində iş gedir.

“Yagin ki, fevral ayında müqavilənin imzalanması və işlərə başlanılması gözlənilir”, – deyə sədr bildirib.

Qeyd edək ki, bundan əlavə AMB bildirmişdi ki, bank və “McKinsey” birgә hazırladığı proqram çәrçivәsindә maliyyә inklüzivliyinin dәrin diaqnostikası aparılacaq və müvafiq strategiya vә konkret fәaliyyәt planı hazırlanacaq.

Son xəbərlər
Digər xəbərlər