14 C
Baku
Saturday, November 23, 2024

Gələn il üçün orta aylıq əməkhaqqı müəyyənləşəcək

Gələn il üçün orta aylıq əməkhaqqı müəyyənləşəcək.

Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə 2023-cü il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2022-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2022-ci il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək tapşırılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər