Avropa İttifaqı Rusiyadan qaz təchizatı kəsiləcəyi hallarla bağlı Azərbaycan, ABŞ və Qətərlə qaz təchizatına dair danışıqlar aparır.
Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin “Şərq sərhədlərimizdə gərginliyin artdığı bir halda birliyimiz gücümüz olaraq qalır” məqaləsində qeyd olunub.
Buraya Rusiyanın qaz tədarükünü azaldacağı və ya dayandırmaq qərarına gəldiyi təqdirdə, qaz tədarükü məsələsində ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla işləməklə dayanıqlılığımızı gücləndirmək daxildir”, – deyə Borrel bildirib.
APA