Bu il Capacity Media öz dünya şöhrətli telekommunikasiya tədbirini NEQSOL Holding-in təşəbbüsü və təşkilati dəstəyi ilə ilk dəfə olaraq Qafqaz və Mərkəzi Asiya regionunda keçirəcək. 21-22 iyun tarixlərində Bakıda keçiriləcək Capacity Caucasus & Central Asia (Capacity Qafqaz və Mərkəzi Asiya) tədbiri qlobal rəqəmsal transformasiya və inkişaf baxımından regionun əhəmiyyətini vurğulayır.
Capacity Media tərəfindən təşkil edilən digər tədbirlərin sırasında telekommunikasiya ekosistemində dünyanın ən böyük illik tədbiri olan və 7000-dən çox nümayəndənin iştirakı ilə ABŞ-da keçirilən International Telecoms Week (ITW) – Beynəlxalq Telekommunikasiya Həftəsini qeyd etmək olar. Bu siyahıya həmçinin Capacity Asia (Makao), Capacity Europe (London) və Capacity Middle East (Dubay) kimi müxtəlif yüksək səviyyəli beynəlxalq tədbirlər daxildir.
Capacity Caucasus & Central Asia tədbiri ən böyük qlobal və regional telekommunikasiya şirkətlərinin, tənzimləyici orqanların və hökumətlərin nümayəndələrini regionda və ondan kənarda telekommunikasiya sahəsinin gələcəyini müəyyən edəcək müzakirələr üçün platforma ilə təmin edəcək.
Bakıda keçiriləcək tədbirin təşəbbüskarı olan NEQSOL Holding “Digital Silk Way” (Rəqəmsal İpək Yolu) infrastruktur layihəsi vasitəsilə regionun rəqəmsal transformasiyasına təkan verir. Layihə NEQSOL Holding-in tərkibinə daxil olan AzerTelecom şirkəti tərəfindən həyata keçirilir. “Digital Silk Way” layihəsi Avropa və Asiya arasında ən sürətli və qabaqcıl rəqəmsal rabitə marşrutunu təmin edəcək.
NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib:
“NEQSOL Holding-in təşkilati dəstəyi ilk dəfə olaraq Capacity Caucasus & Central Asia tədbiri keçiriləcək. Şübhəsiz ki, bazar üçün bu əlamətdar hadisədir, çünki tədbir informasiya və kommunikasiya texnologiyaları sahəsinin, ö cümlədən rəqəmsal infrastruktur, proqram təminatı, məlumat mərkəzləri, internet təchizatı, bulud və texnologiya həlləri sahələrinin, əsas qlobal və regional oyunçularını birləşdirir. Qafqaz Avropa və Asiyanı birləşdirir və NEQSOL Holding-in “Digital Silk Way” layihəsi çərçivəsində təqdim etdiyi həllər kimi genişmiqyaslı rəqəmsal imkanlar yaradır. Əminəm ki, Capacity Caucasus & Central Asia kimi dünya səviyyəli tədbirlər böyük potensialı və perspektivləri olan regionun beynəlxalq biznes ictimaiyyətinə daha da açılması üçün yaxşı platforma rolunu oynayacaq”.
AzerTelecom şirkətinin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev şərh edib:
“Bu sahənin liderləri Avropa və Asiyada qlobal və regional biznes imkanlarını müzakirə edərkən, bu qitələr arasında yeni rəqəmsal marşrutun formalaşdırılması Capacity Caucasus & Central Asia tədbirində ən maraqlı mövzulardan biri olacaq. Bu səbəbdən tədbir həmçinin NEQSOL Holding və telekommunikasiya şirkətləri üçün “Digital Silk Way” layihəsi çərçivəsində səylərini birləşdirmək üçün əla fürsətdir. AzerTelecom bu tədbiri telekommunikasiya sahəsində fəaliyyət göstərən müxtəlif beynəlxalq şirkətlərlə görüşlər keçirmək və əməkdaşlıq modellərini inkişaf etdirmək üçün yaxşı imkan hesab edir.”
Capacity Media-nın Baş İcraçı Direktoru Ros İrvinq bildirib:
“Biz, NEQSOL Holding-in dəstəyi ilə Qafqaz və Mərkəzi Asiya üçün tamamilə yeni tədbir yaratmaqdan məmnunuq. Regionda inkişaf və sərmayə imkanları beynəlxalq auditoriyamız üçün çox maraqlıdır; bu tədbir gələcək illər üçün davamlı işgüzar əlaqələri inkişaf etdirmək və dəstələmək üçün mükəmməl fürsət olacaq”.
Daha ətraflı məlumat əldə etmək və tədbirə qeydiyyat bu keçid vasitəsilə mümkündür.
NEQSOL Holding haqqında
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində, Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Qrupun tərkibinə daxil olan bir çox şirkətlər öz sahələrində iyirmi ildən artıq təcrübəyə malik bazar liderləridir. Holdinq strateji idarəetməni və sinerjini gücləndirməyə imkan verən çoxsahəli və şaxələnmiş biznes portfeli yaratmaqla tərkibindəki şirkətləri birləşdirir.
Capacity Media haqqında
2000-ci ildən fəaliyyət göstərən Capacity Media telekommunikasiya, topdansatış internet və xidmət təminatçıları bazarında mühüm xəbər mənbəyi və tədbirlər təşkilatçısıdır. Şirkət sürətlə dəyişən telekommunikasiya bazarında operatorların üzləşdiyi mühüm biznes məsələlərinə fokuslanır. Capacity jurnalı və 24 irimiqyaslı qlobal tədbirlər, o cümlədən Capacity Europe, Beynəlxalq Telekommunikasiya Həftəsi (ITW), Global Carriers Awads mükafatı və netvorkinq görüşləri, rabitə operatorlarının kataloqları və onlayn xəbər mənbəyindən ibarət biznes portfeli sayəsində Capacity Media qlobal rabitə sahəsi üçün mühüm biznes-analitika mənbəyinə çevrilib.