Kanadanın Baş naziri Castin Trüdo koronavirusa yoluxduğunu açıqlayıb.
Banker.az xəbər verir ki, o, hansı ştama yoluxduğunu dəqiqləşdirməyib, lakin özünü yaxşı hiss etdiyini və distant olaraq işləməyə davam edəcəyini vurğulayıb.
“Bu səhər COVID-19 testini verdim və nəticə müsbət oldu, Özümü yaxşı hiss edirəm və ictimai sağlamlıq tövsiyələrinə uyğun olaraq bu həftə distant işləməyə davam edəcəyəm”, – deyə cənab Trüdo “Twitter”də yazıb.
Keçən həftə Trüdo övladlarının birinin COVID-19-a yoluxduğu üçün beş günlük karantinə getdiyini açıqlayıb. Həmçinin yanvarın 29-da o, koronavirus məhdudiyyətlərinə görə paytaxt iqamətgahını ailəsi ilə birlikdə tərk edib.
Con Hopkins Universitetinin məlumatlarına əsasən, pandemiya başlayandan Kanadada 3 milyondan çox insan yoluxub, onlardan 33.8 min nəfər ölüb.