“Bank Respublika” ASC-nin departamentlərindən birinə direktor müavini təyin edilib.
Banker.az xəbər verir ki, Nigar Paşayeva Bank kartları departamentinin direktor müavini təyin edilib. O, bu vəzifənin icrasına 2022-ci ilin yanvarından başlayıb.
N.Paşayeva 2019-cu ilin mayında “Bank Respublika” ASC-yə, Kart texnologiyaları şöbəsinə müdir kimi təyin edilmişdi. Bu bankdan öncə isə Bakı Şəh. Səbail Ray. İcra Hakimiyyətində və “Kapital Bank” ASC-də çalımışdır.
O, Dövlət İqtisad Univeristetində (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə magistr dərəcəsinə sahibdir.