NATO-nun Birgə Qüvvələr Təlim Mərkəzi (JFTC) komandanın müavini, Baş Qərargahın rəisi briqada generalı Cozef Spişak Gürcüstana işgüzar səfər edib.
Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
NATO generalı Vaziani Hərbi Hazırlıq Mərkəzinə baş çəkib və infrastrukturla tanış olub. C.Spişak həmçinin mərkəzdə keçirilən həftəlik kursun çöl komponentini müşahidə edib.
General səfər çərçivəsində Gürcüstan Müdafiə Qüvvələri komandanlığının nümyəndələri ilə də görüş keçirib. Tərəflər NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) potensialının artırılması və bu il Gürcüstanda planlaşdırılan birgə təlimlərin təşkili məsələlərini müzakirə ediblər.