11 C
Baku
Monday, November 25, 2024

Neftə tələb yüksəlir, qiyməti bahalaşır – Gözlər OPEC+ iclasında

ABŞ-da neft anbarlarının neft tələbinin kəskin yüksəlməsi və təchizat çatışmamazlığı ardından neftin qiyməti yenidən bahalaşaraq səkkiz ilin maksimumları ətrafında hərəkət etməkdədir. Amma investorlar üçün önəmli hadisə var: neft hasil edən OPEC və onunla bir alyanasda olan OPEC+ iclas keçirib, qərar verəcək.

Brent xam neftinin barreli ICE birjasında 32 sent (0.36%) bahalaşaraq $89.48, WTI isə 16 sent, (0.2%) səviyyəsinə yüksəldi.

Şərqi Avropa və Yaxın Şərqdəki geosiyasi gərginliklərlə qlobal miqyasda təchizat xeyli zəifləmiş, nəticədə neftin qiyməti təkcə 2022-ci ildə 15% dəyər qazanıb. Ötən həftənin son iş günündə Brentin qiyməti $91.70  və Texas neftinin qiyməti $88.84 olmaqla 2014-cü ilin oktyabrından bu tərəfə maksimum yenilədi.

OPEC+ alyansı pandemiyanın təsiri ilə kəskin qiymət itirmələri yaşayan neft bazarını bərpa etmək üçün 2020-ci ilin may ayından neft hasilatını tənzimləmək üçün kvota kimi rıçaqlardan istifadə edir. Alyans hasilatın azalmasına nail ola bilsə də, peyvəndin qlobal iqtisadiyyatın bərpası üçün böyük ümidlər gətridi. Neftə yarana biləcək kəskin tələbi nəzərə almaqla 2021-ci ilin ortalarından məhdudiyyətləri tədricən yumşaldırlar. Alyans bunu 2022-ci ilin iyun ayına qədər hadisələri nəzərə almaqla edəcəyini planlayıb.

Lakin böyük neft idxalçıları alyansın aylıq 400 000 barrel günlük ifadədə artımından narazlıq edirlər. Onları bazara adekvat reaksiya verməməkdə günahlandırırlar. Bunu hətta ABŞ lideri Qlazqodakı sammitdə dilə gətirmişdi, amma fayda vermədi. Hazırda bu bir çox ölkələrdə inflyasiya üçün əsas tətik olduğu üçün qiymətləri aşağı salmaq istəyirlər. Hətta ABŞ hökuməti neft qiymətinə təsir etmək üçün böyük neft idxalçıları ilə birgə olaraq ehtiyatlardan bazara neft çıxarmaq istədilər.

OPEC+ isə bu gün Nazirlər Komitəsinin iclasını reallaşdırır və idxalşçılar tərəfindən alyansa olan xahişlərin yerinə yetilməyəcəyi proqnoz edilir. Yəni bu ayda 400 min barreldən çox hasilat artımı mümkün görünmür.

API-nin məlumatına əsasən, yanvarın 28-dək olan həftə ərzində ABŞ-da neft ehtiyatı 1.6 milyon barel azalıb.

ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Proqnozlara görə, nazirlik ehtiyatların 1.5 milyon barel artdığını bəyan edəcək.

OPEC+ texniki komitəsinin hesabatında məlumat verilib ki, OPEC+ formatının iştirakçı ölkələri hasilatın ixtisarına dair mövcud razılaşmaya 2021-ci ilin dekabr ayında 122 faiz əməl edərək gündəlik neft tədarükünü 3.76 min barel əvəzinə 4.59 min az yerinə yetirib.

Son xəbərlər
Digər xəbərlər