Fevralın 7-də Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamı diqqətə çatdırılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 7 fevral tarixli Fərmanına əsasən Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, həmin tarixli Sərəncamına əsasən isə Zahid Əjdər oğlu Gözəlov Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini təyin ediliblər.