13 C
Baku
Saturday, November 23, 2024

“Polygon” blokçeyn platforması $450 mln. cəlb edib

“Polygon” blokçeyn platforması 450 milyon dollar investisiya cəlb edib. Vurğulanır ki, aparıcı investorlar arasında “SoftBank”, “Galaxy Digital”, “Tiger Global” və “Sequoia Capital India” olub.

Banker.az xəbər verir ki, bu, platformanın ilk böyük raundudur. Daha əvvəl o, daha 450 min dollar toplamışdı.

“Polygon” (əvvəllər “Matic Network”) – blokçeyn şəbəkəsini qurma platformasıdır. Komandanın özünün verdiyi məlumata görə, onlar “AWS bulud xidmətinə bənzər” xidmətlər hazırlayırlar.

Platforma toplanan vəsaiti blokçeyn miqyası üçün texnologiyalarını daha da inkişaf etdirmək üçün istifadə edəcək.

“Coindesk”in məlumatına görə, “Matic” tokenlərinin qiyməti 24 saat ərzində 17% artaraq 1.9 dollara çatıb, kriptovalyutanın bazar dəyəri isə təxminən 20 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər