16 C
Baku
Wednesday, May 15, 2024

Ötən il Sahibkarlığın İnkişafı Fondu proqnozu 100.5% icra edib

Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 287.7 mln. manat olan 1 902 layihəyə 130.6 mln. manat güzəştli kredit verilib. Beləliklə, 2021-ci il üzrə proqnoz 100.5 % icra edilib.

Banker.az bu barədə Fondun təqdim etdiyi illik hesabata istinadən xəbər verir.

Pandemiyadan zərərçəkmiş sahələr üzrə göstəricilər isə belə olub: dövlət zəmanəti ilə kredit mexanizmi çərçivəsində ümumilikdə 499.8 mln. manat kreditə zəmanət verilib və proqram 100% icra edilib. Həmçinin, mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi
çərçivəsində ümumilikdə 910.9 mln. manat kredit portfelinə 62.5 mln. manat faiz subsidiyasının ödənilməsi təsdiq edilib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər