Koreya brendi olan “Samsung”un Azərbaycandakı törəməsi, əməliyyat və marketinq fəaliyyəti ilə məşğul olan “Samsung Electronics Caucasus Company” MMC şirkətinin rəhbəri dəyişib.
Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.
Məlumata görə, 2020-ci ilin martından indiyə qədər rəhbərlik edən Cənubi Koreya vətəndaşı Dongvon Ryu Azərbaycandakı vəzifəsindən ayrılıb və “Samsung Electronics Ukraine”yə rəhbər təyin edilib.
Onu bu vəzifədə Min Huanq (Hwang) əvəzləyib. Min Hwang buna qədər Samsung-un Avropadakı şirkətində çalışırdı.
“Samsung Electronics Caucasus Company” MMC 2014-cü ildə yaradılıb və 2 200 000 ABŞ dolları nizamnamə kapitalına sahibdir.