21 C
Baku
Thursday, September 19, 2024

Vergi borcu olan şirkət 4 milyon manatlıq tender uddu

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Az Graft Construction” MMC ilə təxminən 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 500 000 manatdır.

Qeyd edək ki, “Az Graft Construction” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi İsgəndər Qasımovdur. Şirkətin 09.02.2022-ci il tarixinə vergi borcu 5 896 manatdır.

Son xəbərlər
Digər xəbərlər