Bayden: “Amerikalılar və ruslar bir-birinə atəş açsalar, yeni dünya müharibəsi başlayacaq”

ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək.

Bunu NBC telekanalına müsahibəsində ABŞ Prezidenti Cozef Bayden deyib.

Ağ Ev rəhbəri bildirib ki, Rusiya-ABŞ münaqişəsinin olacağı təqdirdə dünya müharibəsini proqnozlaşdırır.

ABŞ liderinin sözlərinə görə, “amerikalılar və ruslar bir-birinə atəş açsalar, onda yeni dünya müharibəsi başlayacaq”.

Cozef Bayden həmçinin ABŞ vətəndaşlarını münaqişənin gərginləşməsi ehtimalına görə Ukraynanı tərk etməyə çağırıb.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər