9 C
Baku
Thursday, December 12, 2024

Yaponiya Ukraynadakı diplomatlarını geri çağırır

Yaponiya Xarici İşlər Nazirliyi Ukraynadakı diplomatların sayını azaldır. Səfirliyin az sayda əməkdaşı ölkədə qalacaq.

Banker.az xəbər verir ki, Yaponiyanın Ukraynadakı səfirliyi məhdud tərkibdə işləyəcək.

ABŞ-ın Rusiyanın işğalı riski ilə bağlı bəyanatları fonunda 40-a yaxın ölkə Ukraynadan diplomatları və vətəndaşlarını təxliyə etməyə başlayıb. Aviaşirkətlər də Ukrayna şəhərlərinə uçuşları dayandırmaq imkanını nəzərdən keçirir.

Ukrayna hakimiyyətinin özü bu tədbirləri əsassız hesab edir və insanları panikaya düşməməyə çağırır. Moskva Ukraynanın və ya üçüncü tərəfin Rusiyanı müharibəyə sürükləmək üçün Donbassda təxribat təşkil etməyə hazırlaşdığını istisna etmir.

Son xəbərlər
Digər xəbərlər