13 C
Baku
Friday, November 22, 2024

Böyük Britaniya “qızıl vizalar”dan imtina edir

Böyük Britaniya “qızıl vizalar”ın verilməsindən imtina etmək qərarına gəlib.

Banker.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Ölkənin daxili işlər naziri Priti Patelin əməkdaşlarının dediyinə görə, qərar investor vizalarının çirkli pulların yuyulması üçün istifadə oluna biləcəyi təhlükəsi ilə bağlıdır.

Xatırladaq ki, Böyük Britaniyada ölkə inkişafına ən azı iki milyon funt-sterlinq investisiya qoymağa hazır olanlara investor vizası verilir.

Əvvəllər eyni addımı Kipr da atıb. Ötən ilin aprelində Kipr verilmiş “qızıl pasportlar”ın yarıdan çoxunun ləğv ediləcəyini açıqlayıb. Hökumət vətəndaşlıq proqramı çərçivəsində qeyri-qanuni olaraq investorların yaxınlarına 3.5 min “qızıl pasport” verib.

Son xəbərlər
Digər xəbərlər