5 C
Baku
Saturday, December 14, 2024

Yanvarda xaricdən gətirilən meyvə-tərəvəz azalıb

Yanvar ayında ölkəyə xaricdən 33 371.94 ton meyvə-tərəvəz gətirilib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Komitədən bildirilir ki, bu məhsullara $18 894.49 min vəsait xərclənib.

Qeyd edək ki, ötən ilin analoji dövründə xaricdən 42 081.82 ton meyvə-tərəvəz alınmışdı və alışlara $22 512.16 min sərf olunmuşdu. Müqayisə üçün bildirək ki, cari ilin ilk ayındakı meyvə-tərəvəz idxalı illik müqayisədə miqdar ifadəsində 20.7%, dəyər ifadəsində isə 16.1% azdır.

Son xəbərlər
Digər xəbərlər