11 C
Baku
Monday, November 25, 2024

Rusiya və Türkiyə XİN başçıları Antalyada görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək, həmçinin Suriya üzrə Astana prosesinin qarantı olan ölkələrin (Rusiya, İran, Türkiyə) üçtərəfli görüşündə iştirak edəcək.

Bunu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Valday Beynəlxalq Diskussiya Klubunun XI Yaxın Şərq Konfransının açılışında bildirib.

“Nazirimizin iştirakı ilə ikitərəfli görüş və Astana prosesinin qarantı olan xarici işlər nazirlərinin üçtərəfli görüşü Antalyada keçiriləcək”, – deyə o vurğulayıb.

Boqdanov qeyd edib ki, Rusiya və Türkiyə də hərbi xəttlə dialoq aparır: “Hmeymim bazasındakı rəhbərliyimiz Türkiyə ordusu ilə çox qabaqcıl və effektiv əlaqələrə malikdir”.

Qeyd edək ki, martın 11-13-də Antalyada diplomatik forum keçiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər