10 C
Baku
Wednesday, December 11, 2024

Kargo şirkətinin direktoru və sürücülərin həbsindən sonra şirkətin fəaliyyəti dayandırılıb

R-Qrup Kargo şirkətinin rəhbəri və üç sürücünün həbsindən sonra şirkətin işi dayandırılıb. Şirkətdən verilən məlumata görə, 20 nəfər işsiz qalıb.

Xatırladaq ki, fevralın 17-də dörd yük maşınının sürücüləri Heydər Əliyev prospektini bağlayıblar, onlar  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məmurlarından icazələrin verilməsini tələb ediblər. Çünki icazənin olmaması səbəbindən daşınma üçün alınmış mallar xarab olur. Polis yolu açıb, sürücülər saxlanılıb.

Fevralın 18-də Bakıda məhkəmə iki sürücünü inzibati qaydada 30 sutka həbs edib,  bir sürücü isə səhhətilə əlaqədar sərbəst buraxılıb.

Şirkətin direktoru, etiraz aksiyasında iştirak edən Rəmiş Cəfərov Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai asayişin pozulması) üzrə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu gün onun vəkili həbsdən apellyasiya şikayəti verib.

MənbəTuran
Son xəbərlər
Digər xəbərlər