“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 18 adda, 17 696 kq müxtəlif növ süd məhsulları xammalları və qatqıları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.