Ölkədəki hərbi vəziyyətə görə 18-60 yaşlı kişilər Ukraynadan buraxılmayacaq.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, , bu barədə Lvov Gömrük İdarəsinin rəisi Daniil Menşikov bildirib.
Hərbi vəziyyət Rusiyanın Ukraynada başlayan hərbi əməliyyatı fonunda tətbiq edilib.
“Yaşı 18-dən 60-a qədər olan Ukraynanın kişi vətəndaşlarının ölkəmizi tərk etməsinə icazə verilməyəcək. Xahiş edirəm, çaxnaşma yaratmayın və özbaşına sərhədi keçməyə çalışmayın!”, – deyə mesajda qeyd olunub.
Xatırladaq ki, fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Ukraynanın “denasifikasiyası və demilitarizasiyası” məqsədilə ölkəyə qoşun yeritdiyini açıqlayıb. Bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə diplomatik əlaqələri kəsib və ümumi səfərbərlik elan edib.