Rusiya hökuməti ukraynalıların “nasizmin zülmündən” azad edilməsi və öz gələcəyini sərbəst müəyyən edə bilməsi üçün Donbasda xüsusi əməliyyat keçirmək qərarına gəlib.
Banker.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov Luqansk Xalq Respublikasının XİN rəhbəri ilə görüşdə deyib.
“Müttəfiq öhdəliklərimizə uyğun olaraq, prezident Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyi qərara aldı ki, bu zülmdən qurtulan ukraynalılar öz gələcəklərini sərbəst müəyyən edə bilsinlər”, – deyə siyasətçi söyləyib.
Onun sözlərinə görə, Rusiya DXR və LXR rəhbərlərinin birbaşa yardım çağırışlarına biganə qala bilməzdi. Beynəlxalq ictimaiyyət Ukraynada “açıq-aşkar soyqırım” faktını inkar edir.