11 C
Baku
Tuesday, November 26, 2024

Zelenski: “Bizim əsas məqsədimiz bu qırğına son qoymaqdır”

“Əsas məqsədimiz bu qırğına son qoymaqdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı dövrdə ölkə hakimiyyətinin əsas məqsədi açıqlayarkən deyib.

Dövlət başçısı teleqram kanalında yayılan müraciətində bildirib ki, Ukraynanın əsas məqsədi qırğına son qoymaqdır.

“Əsas məqsədimiz bu qırğına son qoymaqdır. Düşmənin itkiləri çox, çox ağırdır. Bunlar sərhədimizi keçən, torpaqlarımıza keçən yüzlərlə, yüzlərlə öldürülmüş əsgərdir. Təəssüf ki, bizim də itkilərimiz var. Ukraynalılar təcavüzə qəhrəmancasına müqavimət göstərirlər”, – Zelenski vurğulayıb.

O, əlavə edib ki, bu təcavüzə haqq qazandırmaq olmaz, ona görə də işğalçılar heç olmasa nəsə demək üçün bütün absurd ittihamlarla çıxış etməlidirlər.

“Mən əminəm ki, bu ittihamlar obyektiv deyil, heç kim onlara inanmayacaq, ukraynalılar inanmayacaq, dünya inanmayacaq, Rusiya Federasiyasının vətəndaşları inanmayacaq. Sadəcə olaraq, belə bir həqiqət yoxdur və ola da bilməz. Uşaq bağlarını, yaşayış infrastrukturlarını artilleriyadan niyə atəşə tutulduğunu izah edə bilən həqiqət yoxdur”, – Zelenski vurğulayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyadan uşaq evlərində və bağçalarda ukraynalı uşaqları niyə öldürdüklərini soruşub.

“Kiyev vilayətinin Vorzel şəhərini “Qrad”larla vurublar. Uşaq evini “Qrad”la vurublar. Axtırka, Sum vilayətini isə “Uraqan”la vurublar. Yaşayış yerləri, sığınacaqlar, uşaq bağçaları atəşə tutulub. Bu, uşaq bağçasında ukraynalı uşaqlara qarşı necə müharibədir? Onlar kimdir? Onlar da neonasistdir? Uşaq bağçasından. Yoxsa Rusiyanı təhdid edən NATO əsgərləridir?”, – deyə Zelenski vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər