Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini vurub.
Bu barədə məlumatı jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, sözügedən obyektlər sırasında 14 hərbi aerodrom, 19 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 24 “S-300” və “Osa” zenit-raket kompleksi, 48 radiolokasiya stansiyası var.
Konaşenkov bildirib ki, rusiyalı hərbçilər Ukraynaya məxsus 7 döyüş təyyarəsi, 7 helikopter və 9 PUA vurublar: “Bununla yanaşı, 87 tank və digər zirehli avtomobil, 28 reaktiv yaylım atəş sistemi, 118 ədəd xüsusi hərbi avtomobil texnikası məhv edilib”.