Türk Hava Yolları müvəqqəti olaraq Soçi, Minsk və Ukraynaya/dan reysləri ləğv edib.
Bu barədə Türkiyənin aviaşirkətinin “Twitter” səhifəsində deyilir.
“1 mart 2022-ci il tarixinədək (daxil olmaqla) Soçi, Minsk və Ukraynaya/dan uçuşlarımız ləğv edilir.
Biletlərin dəyişdirilməsi və pulun geri qaytarılması ilə bağlı sorğular üçün turizm agentliyinizlə əlaqə saxlaya, vebsaytımıza daxil ola və ya +90 850 333 0 849 nömrəli zəng mərkəzimizlə əlaqə saxlaya bilərsiniz”, – deyə açıqlamada bildirilir.