“Ukraynanın paytaxtı Kiyev şəhərində Kremlin tapşırığı ilə 400 muzdlu fəaliyyətdədir”.
“The Times” bildirir ki, onlara Ukrayna Prezidenti Volodimir Zelenski və nazirləri öldürmək, habelə şəhərin Rusiyanın nəzarətinə keçməsi üçün zəmin yaradılması tapşırığı verilib.
“Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxs tərəfindən idarə olunan “Vaqner” özəl hərbi şirkəti beş həftə öncə Zelenski hakimiyyətini başsız qoymaq missiyası ilə Afrikadan muzdlular göndərib”, – nəşr vurğulayıb.
“Vaqnerçilər”in missiyası haqqında məlumat fevralın 26-da Ukrayna hökumətinin masasında olub və bir neçə saat sonra paytaxt Kiyevin Rusiya diversantlarından təmizlənməsi üçün 36 saatlıq komendant saatı elan edib.
Xatırladaq ki, hazırda Mərkəzi Afrika bölgəsində Rusiya dəstəkli “Vaqner” qruplaşmasının muzdluları fəaliyyət göstərir. Onlar Liviya, Suriya kimi ərazilərdə Moskvanın qeyri-rəsmi tapşırıqlarını yerinə yetirməklə tanınırlar.