Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Mehdi İldırım oğlu Səlimzadə 1955-ci ilin fevral ayının 12-də anadan olub. 1977-ci ildə Azərbaycan Tibb Universitetini, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakultəsini, 2010-cu ildə isə Naxçıvan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert kimi çalışıb.
2000-2003- cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004- cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupun rəhbəri və komitənin ilk sədri seçilib.
2004-2016-cı illərdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsində çalışıb.
Bələdiyyə sisteminin inkişafına həsr olunan onlarca elmi-publisistik məqalənin və monoqrafiyanın müəllifidir.
2006-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalıyla təltif eidlib.
2012-ci ildən Azərbaycan Prezidenti Ilham Əliyevin sərəncamıyla III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
10 iyun 2016-cı il tarxili Azərbaycan Respublikası Prezidentinin sərəncamıyla Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.