6 C
Baku
Sunday, December 15, 2024

Rusiyada əksər böyük saytlar kiberhücuma məruz qalıb: Müraciətdə deyilir…

Rusiyanın “Kommersant”, “İzvestii”, ТАСС, “Forbes”, “ADINDEX”, “E1” və “Takix Del” kimi media saytları haker hücumuna məruz qalıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

SƏHİƏFDƏ BU AÇILIR:

Hörmətli vətəndaşlar. Sizi bu çılğınlığa son qoymağa çağırırıq, oğullarınızı və ərlərinizi ölümə göndərməyin. Putin bizi yalan danışmağa məcbur edir və təhlükəyə atır. Bizi bütün dünyadan təcrid etdilər, neft və qaz alışını dayandırdılar. Bir neçə ildən sonra Şimali Koreyadakı kimi yaşayacağıq. Bu bizim nəyimə gərəkdir? Putini dərsliklərə salmaq üçün? Bu bizim müharibəmiz deyil, gəlin dayandıraq! Bu mesaj silinəcək və bəzilərimiz işdən çıxarılacaq, hətta həbs ediləcək. Amma daha dözə bilmərik.

“Anonymous” haker qrupu bu işi üzərinə götürüb.

“Anonymous”un rəsmi tvitter hesabında bildirilib ki, son 48 saatda Rusiya dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin və bankların 300-dən çox saytına hücum olub.

Son xəbərlər
Digər xəbərlər