Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlüt Çavuşoğlu bildirib ki, Ankara Rusiya ilə kanalı açıq saxlamaq üçün Moskvaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.
Banker.az xəbər verir ki, “Biz prinsipcə bu sanksiyalarda iştirak etməmişik, nə də iştirak etmək istəyimiz yoxdur”, – deyə Çavuşoğlu qeyd edib.
Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur, lakin baş verənləri müharibə hesab edir və bununla əlaqədar, nazirin sözlərinə görə, Montrö Konvensiyasının, xüsusən də onun 19-cu maddəsinin icrasını daha yaxından izləyəcək.
Həftəsonu Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalara start verib. Belə ki, Rusiya Federasiyasının Ukraynada əməliyyatı ilə əlaqədar olaraq, Avropa Birliyi öz şirkətlərinə mülki təyyarələrin və ehtiyat hissələrinin Rusiyaya tədarükünü qadağan etməklə yanaşı, hər hansı Rusiya təyyarəsinin Aİ ərazisinə enməsini, qalxmasını və ya üzərində uçuşunu qadağan edib.
Həmçinin, Almaniya Nazirlər Kabinetində deyildiyi kimi, artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları SWIFT sistemindən kənarlaşdırılacaq.