Azərbaycanın mobil rabitə operatoru “Bakcell” MMC SMS-spamın bloka alınması servisini işə salır. Bunu şirkətdən deyiblər.
Gələn həftə tətbiq ediləcək xidmət abonetlərin mobil telefonlarına istənilən reklam və informasiya xarakterli SMS-lərin daxil olmasının tam qarşısını almasını nəzərdə tutur.
Şirkətdən qeyd ediblər ki, “Bakcell” abonentləri özləri “ağ siyahı” formalaşdıraraq ora göndərişlərin gəlməsini istədikləri şirkət və bankların adlarını əlavə edə bilərlər. Bu məqsədlə abonentlər operatorun müəyyənləşdirdiyi 4 rəqəmli nömrəyə şirkət və ya bankın adını göstərməklə SMS göndərməlidirlər.
Trend