16 C
Baku
Friday, October 18, 2024

Üç icbari sığorta növü üzrə 14 639 müqavilə bağlanıb

2015-ci ilin may ayında daşınmaz əmlakın icbari sığortası üzrə 14 294, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 333, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 12 sığorta müqaviləsi bağlanmışdır.

Banker.az xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 2 133 169 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 23 340 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1 404 manat təşkil etmişdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 8,5% azalma, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında da 2,9% azalma, sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında isə 57% azalma müşahidə edilmişdir. Qeyd edək ki, ötən ilin may ayı ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında azalma olsada, sığorta haqlarının məbləğində 73% artım müşahidə edilmişdir.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,34%-i yaşayış evləri və mənzillər, 1,1%-i inzibati binalar, 17,56%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur.

Son xəbərlər
Digər xəbərlər