Amerikanın proqram təminatı istehsalçısı olan “Autodesk” şirkəti Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
“Autodesk dərhal Rusiyadakı fəaliyyətini dayandırır və hazırda qüvvədə olan bütün sanksiyalara tam əməl etməyə davam edir. Sanksiyalar genişləndikcə və vəziyyət inkişaf etdikcə regionda biznesimizə əlavə məhdudiyyətləri nəzərdən keçirəcəyik”, – mesajda bildirilir.
Rusiya fevralın 24-ü cümə axşamı səhər tezdən Ukraynanı demilitarizasiya etmək üçün hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.