14 C
Baku
Saturday, November 23, 2024

“Visa” Ukraynada əməliyyat komissiyalarını ləğv edir

“Visa” ödəniş sistemi daxili əməliyyat tranzaksiyalarından imtina edir və 2022-ci ilin mart ayı ərzində ticarət zamanı daxili əməliyyatlar üçün banklararası komissiyaları dayandıracaq.

Bu barədə “Visa” şirkətinin mətbuat xidmətindən bildirilib.

“Biz Ukrayna hökumətinin ödəniş infrastrukturunun sabitliyini və təhlükəsizliyini, həmçinin rəqəmsal ödənişlərdən istifadəni təmin etmək səylərini bölüşürük. Bunu dəstəkləyərək “Visa” daxili əməliyyat tranzaksiyalarını ləğv edir və 2022-ci ilin mart ayı ərzində ticarətdə daxili əməliyyatlar üçün banklararası komissiyanı dayandırır”, – rəsmi açıqlamada deyilir.

Bundan başqa, “Visa” 2022-ci il mayın 31-dək xeyriyyə məqsədləri üçün ödənişlər üçün Ukraynada daxili banklararası tranzaksiya və ekvayrinq haqlarını müvəqqəti ləğv edir:

“Bu tədbirlər bizim müştərilərimizə dəstək olmaq, həmçinin bu çətin dövrdə elektron ödənişlərin işləməsini təmin etmək məqsədi daşıyır”.

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər