14 C
Baku
Saturday, November 23, 2024

“Rockstar Games” Rusiyada oyun satışını dayandırır

“Grand Theft Auto” franşizasına sahib olan Amerika oyun istehsalçılarından biri “Rockstar Games” Rusiyada oyun satışını dayandırıb.

Banker.az xəbər verir ki, şirkətin məhsulunu almağa çalışan zaman onun Rusiyada mövcud olmadığına dair bildiriş açılır.

Xatırladaq ki, bundan əvvəl Rusiyada kompüter oyunlarının satışını “Electronic Arts”, “Nintendo” və “Activision Blizzard” da dayandırıb. Şirkətlərin Rusiya bazarını tərk etməsi çox aşağı likvidlik şəraitində rublun dəyişkənliyi ilə bağlı ola bilər – şirkətlər məhsullarını hansı qiymətə satmalı olduğunu proqnozlaşdıra bilmirlər.

Son xəbərlər
Digər xəbərlər