Qızılın qiyməti il yarımdan sonra ilk dəfə 2000 dollara yüksəlib.
İnvestorlar Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsindən sonra öz investisiyalarını təmin etməyə tələsirlər.
Analitik Cefri Helli bildirib ki, ilkin olaraq qızılın 2 000 dollar səviyyəsində olması ehtimalı var, lakin Ukraynadakı vəziyyətin dəyişmədiyini fərz etsək, o, sürətlə 2 100 dollarlıq əraziyə keçəcək və bütün zamanların ən yüksək səviyyələrinə çatacaq.
Qeyd edək ki, qızılın qiyməti ən yüksək səviyyəyə 2020-ci ilin 19 avqustunda çatıb – 2000,69 dollar.