Bakı və Tehran Azərbaycan vətəndaşlarının İran ərazisindən keçməklə, quru yolla Naxçıvana səfəri üçün sənəd imzalayacaqlar.
Bunu İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi “IRNA”ya bildirib.
Onun sözlərinə görə, sənəd Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının 15-ci iclasında imzalanacaq. İclasda, həmçinin bir sıra digər məsələlər müzakirə olunacaq.
Gündəlikdə iki ölkə yük daşımalarının artırılması, həmçinin Naxçıvan-Məşhəd sərnişin qatarının bərpası məsələsi də olacaq.
Qasimi bildirib ki, “Iran Air” və digər aviaşirkətlərin Azərbaycana reyslərin bərpası və onun saylarının artırılması müzakirəsi də planlaşdırılır.