Rəsmi Bakı Türkiyə vasitəsilə Avropaya təbii qaz nəqlinin həcmini artıracaq, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Bu barədə Banker.az TASS-a istinadla bildirir.
“Avropaya təbii qaz tədarükü artacaq. [Cənub Qaz] Dəhlizinin istifadə olunmamış potensialı var. Türkiyə ilə birlikdə biz Avropaya böyük həcmdə qaz tədarük edə bilərik. Bu məsələ ilə bağlı Aİ və qardaş Türkiyə ilə əlaqədəyik”- deyə P.Şahbazov bildirib.
Nazir deyib ki, Azərbaycanın 2.6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatımız var.
“100 il ərzində özümüzü, tərəfdaşlarımızı və Avropanı təbii qazla təmin edə bilərik”.