Pandemiya sahəsində qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il martın 13-də ölkə üzrə 287 ictimai iaşə obyektində 513 monitorinq keçirilib.
Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub:
1. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr., ev 15, məhəllə 1212 ünvanında yerləşən, fiziki şəxs Kiknadze Nana Davidovnaya məxsus kafe;
2. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Emil Arif oğluna məxsus “Black Star Burger 2” kafesi;
3. Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən, fiziki şəxs Rəhimov Samir Məhərrəm oğluna məxsus kafe;
4. Hacıqabul şəhəri, Ələt-Qazax yolu 105-ci km ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Mikayıl İsmayıl oğluna məxsus “Qədirxum” ailəvi istirahət və əyləncə mərkəzinin daxilində restoran;
5. Salyan şəhəri, Bakı-Astara yolu, Kürkənd kəndində yerləşən, fiziki şəxs Axundov Nurlan Əlixeybər oğluna məxsus “Köhnə Bərə” restoranı;
6. Gəncə şəhəri, Ə. Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Quliyev Şöhrət Fərrux oğluna məxsus yeməkxana.
Agentlikdən bildirilir ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.